Qənirə Paşayeva: “Uşaqlarımız oxumağa, öyrənməyə meyilli olmalıdırlar”
22 iyun, 2015 01:55
Ertv.Az xəbər verir ki, görüş zamanı Təhsil Nazirliynin Deinstitutlaşdırma və Uşaq müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva və Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbin direktoru Vüqar Əliyev çıxış edərək bu cür görüşlərin əhəmiyyətinə toxunublar.
Onlar eyni zamanda, kitabla bağlı uşaqlarla müzakirələrə, onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Q. Paşayevaya təşəkkürünü bildiriblər.
Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Q. Paşayeva müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib.
Azərbaycan dövlətinin, o cümlədən, ölkənin birinci xanımı Mehriban Əliyevanın uşaq evlərinə böyük diqqət və qayğısını xüsusi vurğalayan millət vəkili bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır:
"Uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar".
O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir.
Q.Paşayeva uşaq evindəki gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər.
Millət vəkili sonra hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib.