KSM üzrə Qlobal Sammitin Tədbir direktoru Kosta Petrov: “KSM üzrə Qlobal Sammitdə Azərbaycan və regional mütəxəssislər KSM və davamlı inkişaf barədə son yeniliklər haqqında ətraflı məlumat almaq imkanı əldə edəcək. Bu tədbirin keçirilməsində məqsədimiz regional şirkətlərə KSM sahəsində ən son qlobal tendensiyaları anlamaq və onlardan istifadə etməkdə köməyin göstərilməsidir və bu məqsədə nail olmaq üçün bizim bir çox mütəxəssislərimiz var”.
Azərbaycanda KSM və davamlı inkişaf üzrə keçirilən ilk qlobal görüş KSM üzrə hesabatların hazırlanması üzrə seminarla açılacaq və bu seminar hesabatların hazırlanması sahəsində ən nüfuzlu şəxslərdən biri sayılan Cefri Uilliams tərəfindən aparılacaq.
İki günlük sammit ərzində KSM üzrə regional mütəxəssislər KSM sahəsində davamlı təşkilatın necə yaradılması barədə BMT-nin Qlobal Sazişinin təmsilçisi Valid Nağı, inkişaf edən sosial sahibkarlıq proqramları barədə “Citi Bank”ın təmsilçisi Kərim Seyfeddin və KSM üzrə proqramlarda innovasiyalardan istifadə edilməsi barədə “Ritz Carlton Group”-un təmsilçisi Sara Volker, “Jumeirah Group”-un təmsilçisi Pirs Şreyber, “Vodafon Egypt” şirkətindən Noha Saad və “Dubai’s Majid Al Futtaim Group”undan İbrahim Al Zubinin təqdimatlarını dinləmək imkanı əldə edəcəklər.
KSM üzrə Qlobal Sammit P World Azərbaycan tərəfindən təşkil edilir; bu şirkət tədbirlərin təşkili sahəsində Azərbaycanda aparıcı şirkətlərdən biri hesab edilir və onun təşkil etdiyi “Marketing Kingdom” və “HR Experience” kimi tədbirlər ölkənin marketinq və İR sahələrini yenidən formalaşdırıb. Paşa Bank tədbirin Korporativ Bankı qismində çıxış edir.
Tədbir, eyni zamanda, Amcham, Uber, LinQuality, Trend.az, Day.az, Gün.Az, AIESEC Azərbaycan tərəfindən dəstəklənir.
KSM üzrə Qlobal Sammitin qiymətləri və gündəliyi barədə daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz: