Xəbərlər

Prezidenti İlham Əliyev birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarını izləyib
22 iyun, 2015 02:08

Həm kişilər, həm də qadınlar 4 çəki dərəcəsində qüvvələrini sınayıblar. Azərbaycan bu yarışlara 8 samboçu ilə qatılıb. Samboçularımız müvəffəqiyyətlə çıxış ediblər. Azərbaycan samboçuları Nəzakət Xəlilova, İslam Qasımov, Amil Qasımov və Vasif Səfərbəyov gümüş medallar qazanıblar.

Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevə və ailə üzvləri yarışların gedişini izləyiblər.

Qadınların yarışında 52 kiloqram çəki dərəcəsində çıxış edən həmyerlimiz Nəzakət Xəlilova dörddəbir finalda rumıniyalı Kordina Yuneskunu 4:1 hesabı ilə məğlub edib. O, yarıfmminalda litvalı Ruta Aksionovaya heç bir şans verməyərək 8:0 hesabı ilə qalib gəlib. 

Qızıl medal uğrunda həmyerlimizin rəqibi Rusiya idmançısı Anna Xaritonova olub. Görüşdə 5:0 hesabı ilə qalib gələn Rusiyanın təcrübəli idmançısı birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Nəzakət Xəlilova Oyunların gümüş medalını əldə edib.

Əlli yeddi kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı İslam Qasımov mübarizəyə dörddəbir final mərhələsindən başlayıb. Həmin mərhələdə soydaşımız asan qələbə qazanıb. O, Rumıniya təmsilçisi Ornaldo Qruianı 9:0 hesabı ilə məğlub edib. Yarımfinal görüşündə gürcüstanlı Vaxtanqi Çidraşviliyə 3:1 hesabı ilə qalib gəlib. Avropa və dünya çempionu İslam Qasımov finalda rusiyalı Aymergen Atkunova məğlub olaraq birinci Avropa Oyunlarının gümüş mükafatı ilə kifayətlənib.

Yarışda 74 kiloqram çəki dərəcəsində çıxış edən Amil Qasımov ilk görüşdə gürcüstanlı Kaxa Mamulaşvilini 10:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə o, bolqarıstanlı Martin İvanovdan 4:3 hesabı ilə üstün olub. Finalda Belarus idmançısı Stepan Papova uduzan Amil Qasımov yarışı ikinci pillədə başa vurub.

Yüz kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Vasif Səfərbəyov də yarışa uğurla başlayıb. O, dörddəbir final mərhələsində makedoniyalı Bayro Maşoviç üzərində 8:0 hesabı ilə qələbə qazanıb. İdmançımız yarımfinalda ukraynalı Razmik Tonoyana qalib gələrək həlledici mərhələyə yüksəlib. Samboçumuz finalda rusiyalı rəqibi Artyem Osipenkodan üstün ola bilməyib və “Bakı-2015”i ikinci yerdə başa vurub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.