Xəbərlər

İlk Olimpiya çempionumuz Nazim Hüseynov qızıl medalını “Bakı-2015” Azarkeşlər Evinə təqdim edib
22 iyun, 2015 02:05

Ertv.Az-a Azarkeşlər Evinin mətbuat xidmətindən bildirilib ki, çempion jurnalistlərlə və azarkeşlərlə görüşündən sonra özünün Olimpiya medalını, habelə dünyanın ən yaxşı cüdoçusu xatirə nişanını Azarkeşlər Evinin ekspozisiyasına bağışlayıb. Nazim Hüseynov bu medalı 1992-ci ildə Barselonada qazanıb.

Arzu edənlər iyunun 28-dək Azarkeşlər Evində Azərbaycanın ilk Olimpiya qızıl medalına yaxından baxa bilərlər.

“Azərbaycanı və Rusiyanı bir-birinə bağlayan ümumi cəhətlər çoxdur. Bizim ümumi mübarizə məktəbimiz, idman tariximiz var. Məsələn, Barselona şəhərində keçirilən Olimpiadada biz MDB-nin birləşmiş komandası kimi çıxış edirdik. Komandamızın bayrağını Rusiya güləşçisi Aleksandr Karelin aparırdı. Azərbaycanın bayrağı isə mənə etibar olunmuşdu”, – deyə Nazim Hüseynov qeyd edib.

“Xalça üzərinə çıxanda qarşında rəqib durur ki, sən ona qalib gəlməlisən. Lakin bu hiss ancaq xalça üzərində olur. İdman insanları inanılmaz dərəcədə birləşdirir. Hətta ən gərgin mübarizədən sonra da biz dost kimi ayrılırdıq. Mən Rusiyaya, Azərbaycana, Avropa Oyunlarının bütün iştirakçılarına əmin-amanlıq və uğurlar arzu edirəm”.

Nazim Hüseynov – Azərbaycanın görkəmli cüdoçusu, müstəqil dövlətimizin ilk Olimpiya çempionudur. O, 1992-ci ilin yekunlarına görə, dünyanın ən yaxşı cüdoçusu hesab edilib. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif olunub.

Bakıdakı Azarkeşlər Evi – Rusiya Olimpiya Komitəsinin birinci Avropa Oyunlarında layihəsidir. Bu məkana gələnlər Rusiya və Azərbaycanın birgə idman tarixi haqqında çoxlu maraqlı məlumatlar əldə edə bilər, yay idman növləri və Avropa Oyunlarında iştirak edən idmançılarla tanış ola bilərlər.

Azarkeşlər evinin nadir ekspozisiyasında tarixi eksponatlar, habelə müasir idman ləvazimatı və avadanlığı yer alır. Bunlara nəinki toxunmaq, həmçinin onları geyinərək şəkil də çəkdirmək olar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.