“28 Cinema”da “Üçüncü artıqdır-2” filminin qapalı nümayişi olacaq
22 iyun, 2015 02:01
Ertv.Az xəbər verir ki, rəsmi press-relizə əsasən, film iyunun 25-də nümayişə çıxacaq.
Filmin ssenari müəllifi və rejissoru yenə də Set MakFarleyndir, o həmçinin baş qəhrəmanı səsləndirəcək. Filmin ilk hissəsində rol alan baş qəhrəmanların da qayıdışı gözlənilir. Komediya dünya üzrə 549 milyon büdcə toplayıb və bununla da reytinqli komediya olub.
Filmin ümumdünya premyerasına bir gün qalmış, iyunun 24-də “28 Cinema” kinoteatrında yayın super premyerası keçiriləcək. Tədbirə şou-biznes ulduzları, məhşur jurnalistlər və blogerlər dəvət olunacaq.
Qeyd edək ki, “28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.