Xəbərlər

Taekvondoçumuz Radik İsayevə qızıl medalı prezident İlham Əliyev təqdim edib
19 iyun, 2015 10:10

Ertv.Az xəbər verir ki, Prezident İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri taekvondoçumuzun final qarşılaşmasını izləyiblər.

Birinci Avropa Oyunlarının “Baku Crystal Hall”da keçirilən taekvondo yarışlarının son günü ağır çəkili idmançılar yarışdılar. Kişilər arasında 80 kiloqram çəki dərəcəsində Azərbaycan yığmasının lideri Radik İsayev dörddə bir finalda Hollandiya təmsilçisi Yeroen Vanroiyunu 8:6 hesabı ilə məğlub etdi. İkidə bir finalda sloveniyalı İvan Konrad Trajkoviç ilə qarşılaşan təmsilçimiz yenə də çətinlik çəkmədən qələbə qazandı. 

Radik İsayev ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən döyüş yarımçıq dayandırıldı və dünya çempionumuz finala vəsiqə qazandı. Finalda taekvondoçumuzun rəqibi Rusiya idmançısı Vladislav Larin oldu. Rəqibini 4:3 hesabı ilə məğlub edən Radik İsayev birinci Avropa Oyunlarının çempionu oldu. Bununla da Azərbaycanın aktivindəki qızıl medalların sayı 13-ə çatdı.

Sonra mükafatlandırma mərasimi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Birinci Avropa Oyunlarının çempionu Radik İsayevin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.

Xatırladaq ki, taekvondo yarışlarında Ayxan Tağızadə və Milad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazanıblar. Birinci Avropa Oyunlarında ölkələrin medal sayına nəzər salsaq görərik ki, Azərbaycanın aktivində 13-ü qızıl, 5-i gümüş, 12-si isə bürünc olmaqla 30 medal var.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.