Xəbərlər

Fransada muğam axşamı təşkil edilib
19 iyun, 2015 10:01

Ertv.Az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, tədbirin açılışında Fransanın müxtəlif bölgələrində həyata keçirilən və Azərbaycanın zəngin, qədim mədəniyyətinin tanıdılmasına xidmət edən çoxsaylı layihələr, xüsusən də Heydər Əliyev Fondunun «Qafqazın mirvarisi: Azərbaycanın mədəni dəyərləri» adlı layihəsi barədə məlumat verilib. 

Azərbaycan səfirliyinin əməkdaşı Ayaz Qocayev belə tədbirlərin Fransa kimi nüfuzlu ölkədə Azərbaycanın tanıdılması baxımından əhəmiyyətini vurğulayıb  və gələcəkdə də davam etdiriləcəyini qeyd edib. O, həmçinin Azərbaycanda hazırda böyük uğurla keçirilən I Avropa Oyunları haqqında məlumat verilib. 

Paris Azərbaycan Evinin rəhbəri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva isə hər iki təşkilat haqqında məlumat verərək, əsas məqsədlərinin Azərbaycanın Fransada daha geniş tanıdılmasından ibarət olduğunu qeyd edib. O, indiyədək həyata keçirilən layihələrin müsbət nəticələr verdiyini vurgulayaraq, Nant şəhərindəki muğam konsertinin də növbəti layihələr üçün yol açacağına ümid etdiyini bildirib.

Çıxışlardan sonra tamaşaçılar, Azərbaycanın əməkdar artistləri kamança ustası Elşən Mansurov, tarzən Malik Mansurov və gənc xanəndə Kamilə Nəbiyevanın ifasında muğam musiqisini dinləyib. Konsert proqramında Qarabağ şikəstəsi də daxil olmaqla, məşhur muğam parçaları səsləndirilib. 

Konsertdən sonra tamaşaçılara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycana aid təbliğat materialları və I Avropa Oyunlarına aid suvenirlər, aksessuarlar paylanılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.