Azərbaycan MDB ölkələri ilə 1 milyard dollardan çox ticarət əməliyyatı aparıb
19 iyun, 2015 09:51
Ertv.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin həcmi ötən ilin beş ayından 9% az olub.
Ticarət dövriyyəsinin 882 mln. 787 min dolları MDB ölkələrindən idxalın, 171 mln. 002 min dolları bu ölkələrə ixracın payına düşüb.
İxrac əməliyyatı ötən ilin müvafiq dövründən 44% az, idxal əməliyyatı isə 3% çox olub.
Azərbaycanın MDB ölkələrinə ixracı bu ilin beş ayındakı ümumi ixracın 3%-ni, bu ölkələrdən idxalı isə ümumi idxalın 22%-ni təşkil edib.