Xəbərlər

Ötən ay Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 16 faiz azalıb
19 iyun, 2015 09:47
Ertv.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə ünvanlı dövlət sosial yardımlarının hər ailəyə və hər ailə üzvünə düşən orta aylıq məbləği 15,4 faiz artmaqla müvafiq olaraq 146,78 manata və 33,67 manata çatıb.
 
May ayında ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin 33056-nı (28,6 faiz) tərkibində 3 və daha çox uşağı olan ailələr təşkil edib. Yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 238921 nəfər, onlardan 1 yaşadək uşaqların sayı 6464 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5551 nəfər olub.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, ünvanlı dövlət sosial yardımı üçün müraciət edilməsi və həmin yardımların təyinatı prosesinin avtomatlaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planı üzrə işlər davam etdirilir. Elektron sistemin texniki infrastrukturunun qurulması üçün vacib proqram təminatları üzrə funksional tələblərin, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron müraciət formasının hazırlanması və s. işlərin görülməsi artıq təmin edilib. Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemindən (VEMTAS) aztəminatlı vətəndaşların heç bir çətinlik çəkmədən, rahat şəkildə istifadə edə bilmələri müvafiq tədbirlərin icrası zamanı diqqətdə saxlanılır.  
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.