Xəbərlər

Toğrul Əsgərova qızıl medalı Prezident İlham Əliyev təqdim edib
17 iyun, 2015 12:42

Ertv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.

Olimpiya çempionu Toğrul Əsgərov 65 kiloqram çəki dərəcəsində səkkizdəbir finala yüksəlmək üçün əvvəlcə rusiyalı İlyas Bekbulatovu 8:7 hesabı ilə məğlub etdi. O, səkkizdəbir finalda moldovalı Mixail Sava ilə qarşılaşdı və 10:0 hesabı ilə qalib gəldi. Yarışın dörddə bir finalında isə idmançımızın rəqibi fransalı Maksim Fiquen oldu və bu qarşılaşmadan da Toğrul 10:0 hesabı ilə qalib ayrıldı. 

Yarımfinalda Belarus idmançısı Azamat Nurikovu 7:2 hesabı ilə məğlub edən Olimpiya çempionumuz finalda İtaliya təmsilçisi Frank Markez Kamizo ilə üz-üzə gəldi. Toğrul Əsgərov bu görüşü təmiz qələbə ilə başa vurdu və birinci Avropa Oyunlarının çempionu oldu, xalqımıza növbəti qələbə sevinci yaşatdı. Toğrul Əsgərovun bu qələbəsi ilə Azərbaycanın aktivinə yazılan qızıl medalların sayı 9-a çatdı.

Sonra mükafatların təqdimetmə mərasimi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Bu qələbə münasibətilə Azərbaycanın dövlət himni səsləndirildi, üçrəngli bayrağımız ucaldıldı

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.