“Corriere della Sera”: Azərbaycan ilk Avropa Oyunlarının təşkilini yüksək səviyyədə həyata keçirir
17 iyun, 2015 12:30
Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə bildirilir ki, bu Oyunların təşkilatçılığını layiqincə həyata keçirən Azərbaycan bununla da Avropaya olan yaxınlığını nümayiş etdirir.
Odlar Yurdu Azərbaycanın paytaxtı, küləklər şəhəri hesab olunan Bakı hazırda bütün Avropanın diqqət mərkəzindədir. Son illər bu şəhərdə göz qamaşdıran arxitektura nümunələrinin, müasir tikililərin sayı artmaqdadır. Bu sırada “Alov qüllələri” kompleksini və Heydər Əliyev Mərkəzini xüsusi qeyd etmək lazımdır. Həmçinin bu şəhərdə keçmişin izlərini daşıyan abidələr də çoxdur.
Dünyada sənaye üsulu ilə ilk neftin çıxarıldığı Bakı hazırda təmiz və parlaq küçələri ilə göz oxşayır.