Xəbərlər

Azərbaycan Təhsil Nazirliyi beynəlxalq kimya olimpiadası ilə bağlı Ermənistan tərəfinin cavabını verdi
18 iyun, 2015 12:20

Ertv.Az Təhsil Nazirliyinə istinadən bildirir ki, Azərbaycan son illər ərzində çox sayda nüfuzlu beynəlxalq və regional xarakterli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bu tədbirlər çərçivəsində hər hansı ölkənin iştirakçılarına münasibətdə ayrı-seçkilik nümayiş olunmayıb.

Mövcud təcrübə deməyə əsas verir ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə vətəndaşlığından asılı olmayaraq, bütün iştirakçıların təhlükəsizliyinin təmin olunması üçün lazımı tədbirlər görülür.

Məhz bu səbəbdən Ermənistan elm və təhsil nazirinin  ölkəsini təmsil edən idmançıların Bakıda keçirilən Birinci Avropa Oyunlarında tam təhlükəsiz şəraitdə iştirak etdiyi dövrdə bəyanat verməsi isə təəccüb və təəssüf  doğurur.

Məlum olduğu kimi, 47-ci dəfə keçirilən Beynəlxalq Kimya Olimpiadasının reqlamentində  iştirakçı ölkələr  üçün xüsusi təhlükəsizlik zəmanətinin təmin olunması nəzərdə tutulmayıb. Bu qayda cari ilin 20-29 iyul tarixlərində Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Bakıda baş tutacaq Beynəlxalq Kimya Olimpiadasına da aiddir.

Hər bir beynəlxalq yarışda iştirak və ya iştirakdan imtina istənilən ölkənin öz seçim hüququdur. Birinci dəfə deyil ki, müxtəlif yarışlarda iştirak məsələsi  ətrafında Ermənistanın rəsmi dairələri tərəfindən sui-istifadə hallarına yol verilir. Məktəblilərin iştirak etdiyi bu yarışı siyasiləşdirmək  cəhdi də  təəssüf hissi doğurur. Azərbaycan tərəfi  47-ci Beynəlxalq Kimya Olimpiadasının keçirilməsinə dair üzərinə düşən  bütün öhdəlikləri tam həcmdə yerinə yetirir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.