Xəbərlər

Müqəddəs Ramazan ayı başlayır - Təqvim.
17 iyun, 2015 12:17

Ertv.Az xəbər verir ki, müsəlmanlar bu axşam bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət etməlidirlər. İyunun 17-dən 18-nə keçən gecə isə orucluğun ilk gecəsidir. 

Müsəlmanlar səhər saat 4:25-ə qədər yeməklərini bitirməlidirlər. Sübh namazının azanı saat 4:39-da verilir. Oruc müddəti axşam saat 21:29-a qədər davam edir.

Qeyd edək ki, Ramazan ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının və Elmi-dini Şuranın fətvası var. Fətvaya əsasən, bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür.

Eyd-ül Fitr (Ramazan və ya Fitrə) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Fətvada həmçinin deyilir:

 “Ramazan məqamı müsəlman dünyası üçün ilahi lütfdür, çünki Allahın öz bəndələrinə ən böyük neməti olan Qurani-Kərim məhz bu ayda nazil olub. Təsadüfi deyil ki, səhih hədislərdə orucluğun Allaha aid olduğu və mükafatının da Allahın Özü tərəfindən veriləcəyi bildirilir. Oruc ibadəti bir çox insan üçün həyatlarının dönüş nöqtəsinə çevrilir, günahlardan tövbə etməsinə və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq, Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Mənəvi vəhdətimizi qorumaq məqsədilə müxtəlif mənbələrdən daxil olmuş, məzhəb, vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyil.

Buna görə də dindarlarımıza, bölgələrdəki qazılara, səlahiyyətli nümayəndələrə, imam və axundlara ibadət məkanlarımızda bu təqvimə riayətin vacib olduğunu bildiririk. Eyni zamanda, ölkəmizdə tolerantlıq mühitinin qorunub-saxlanması naminə KİV və sosial-media vasitələrində sözügedən təqvimin təbliği və yayılmasını milli vəhdət baxımından vacib sayırıq.

Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ümidvarıq ki, mövcud əməkdaşlıq yuxarıda göstərilən məqamların həyata keçirilməsi istiqamətində də öz bəhrəsini verəcək.

Bildirmək istərdik ki, Azərbaycan hökuməti istər Qurban, istərsə Ramazan bayramlarının iki gün bayram edilməsi barədə qərar verib.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının son günündə) çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasına şərait yaradır. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı verməsi vacibdir.

Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etməkdən qəti şəkildə çəkinməlidirlər, belə ki, bu, şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.

Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, o cümlədən, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə və dindarlara tövsiyə edir ki, Avropa oyunları günlərində xarici qonaqlarımıza zəngin mənəvi, tarixi-mədəni irsimizlə yaxından tanış olmaq imkanının yaradılması üçün əllərindən gələni əsirgəməsinlər”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.