ABŞ-da kilsəyə silahlı hücum: 9 nəfər öldürülüb
18 iyun, 2015 12:16
Ertv.Az Reuters-ə istinadən xəbər verir ki, hadisə ağ dərili silahlı şəxsin Çarlston şəhərində yerləşən tarixi Afrika kilsəsinə daxil olub atəş açması ilə baş verib.
Qeyd edək ki, hadisə insanların ibadət etdiyi zaman baş verib.
Şəhər meri Co Rayli hadisə nəticəsində insanların öldürülməsi faktını təsdiqləyib.
WCBD telekanalının məlumatına görə, həlak olanlar arasında Çənubi Karolina ştat senatının üzvü, keşiş Klement Pinkni də var.