Xəbərlər

AZAL “4 Ulduz” reytinqinə layiq görüldü
18 iyun, 2015 11:59

AZAL-dan Ertv.Az-a verilən məlumata görə, AZAL bu statusa Skytrax-ın xidmət keyfiyyəti və səviyyəsini qiymətləndirən müstəqil beynəlxalq auditinin nəticələrinə əsasən layiq görülüb.

Qeyd edək ki, “Skytrax” şirkətinin aviaşirkətlərin reytinqi üzrə şkalası 1-dən 5-ə kimi ulduz təşkil edir və aviasiya ictimaiyyəti tərəfindən xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində obyektiv və təkzibedilməz meyar kimi qəbul edilir.

Skytrax-ın cari reytinqinə görə, ümumilikdə dünyada “4 Ulduz” reytinqli 35 aviaşirkət qeydə alınıb ki, bunların da arasında Emirates, Air France, Lufthansa, Turkish Airlines, KLM, British Airways, Japan Airlines və digər tanınmış qlobal daşıyıcılar var. İndi isə bu sırada AZAL da yerini tutacaq.

Son vaxtlara qədər Şərqi Avropa və MDB ölkələri arasında “4 Ulduz” reytinqli yalnız bir daşıyıcı qeydə alınıb.

“4 Ulduz” reytinqinə layiq görülmədən öncə aviaşirkət müstəqil beynəlxalq auditorlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən çox meyar üzrə qiymətləndirilib.

Bütövlükdə aviaşirkətin saytı, saytda məlumatın təqdim olunması, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər kimi sərnişinlər üçün mühüm olan aviaşirkətin məhsul komponentləri qiymətləndirilib.

Təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi; təyyarənin göyərtəsində əyləncə; heyət üzvlərinin uniformaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə qiymətləndirilib. Dyuti-Fri (Duty-free) xidməti, bort jurnalının məlumat tərkibi, bortda qidalanmanın keyfiyyəti və oturacaqların rahatlığının qiymətləndirilməsi də diqqətdən kənar qalmayıb.

Bundan əlavə, Azərbaycan milli daşıyıcısının “Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti” adlı qlobal kateqoriyada “Skytrax” agentliyi tərəfindən təsis olunan “World Airline Awards” mükafatına namizədliyi verilib. “Air France” və “Delta Air Lines” kimi qlobal daşıyıcılar arasında AZAL ikinci yerdədir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.