Beş ayda Azərbaycanın ticarət dövriyyəsi 9 milyard dollardan çox olub
17 iyun, 2015 11:55
Ertv.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövründən 28% az olub.
Hesabat dövründə ticarət dövriyyəsinin 5 mlrd. 282 mln. 235 min dolları ixracın, 4 mlrd. 067 mln.754 min dolları isə idxalın payına düşüb. Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsində 1mlrd. 214 mln.480 min dollar məbləğində müsbət saldo yaranıb.
Bu ilin beş ayında ixracın həcmi ötən ilin müvafiq dövründən 44 % azalıb, idxalın həcmi isə 16 % artıb.
Yanvar-may aylarında 5285 çeşiddə mal idxal olunub, 1 424 çeşiddə mal isə ixrac edilib.