Azərbaycan avtomobil idxalını 2 dəfə azaldıb
17 iyun, 2015 11:53
Ertv.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin beş ayından təxminən 2 dəfə azdır.
Bu il idxal olunan avtomobillərin 13 912 ədədi və yaxud 90%-i minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Bu ilin beş ayında ölkəyə gətirilən minik avtomobillərinin sayı ötən ilin müvafiq dövründən 13 532 ədəd az olub.
İlin beş ayında 952 ədəd (ötən ilin beş ayından 1813 ədəd az) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri idxal olunub.Yanvar- may aylarında idxal olunan sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 497 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 134 ədəd təşkil edib.