İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib
16 iyun, 2015 15:15
Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
Hörmətli cənab Prezident,
Tbilisi şəhərində baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.