Xəbərlər

Pezident İlham Əliyev “Bakı-2015”-in qızıl medalını yunan-Roma güləşçisi Rəsul Çunayevə təqdim edib
15 iyun, 2015 15:11

Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşçilərinin mübarizəsində Azərbaycan pəhləvanı Rəsul Çunayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onun inamlı mübarizəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyiblər.

Azərbaycanın və Macarıstanın 71 kiloqram çəki dərəcəsində güləşçiləri finalda üz-üzə gəliblər.

Yunan-Roma güləşçimiz, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Çunayev ilk görüşdə moldovalı Daniel Kataraqanı, növbəti mərhələdə isə Xorvatiya idmançısı Dominik Etlinqeri məğlub edib. Yarımfinalda Bolqarıstan təmsilçisi Svilen Kostadinova 10:0 hesabı ilə qalib gələn Rəsul Çunayev finalda macarıstanlı Balint Korpasi ilə qarşılaşıb.

Rəqibini 4:2 hesabı ilə məğlubiyyətə uğradan Rəsul Çunayev birinci Avropa Oyunlarının çempionu oldu. Azarkeşləri sevindirən idmançımız öz parlaq qələbəsi ilə xalqımıza böyük sevinc yaşatdı.

Digər güləşçimiz Rafiq Hüseynov 80 kiloqram çəki dərəcəsində final qarşılaşmasında iştirak etdi. İlk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirdi. Təmiz qələbə ilə Avstriya idmançısına qalib gələn Rafiq Hüseynov ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovu məğlub etdi. Yarımfinalda Türkiyə idmançısı Selçuq Cebiyə qalib gələn həmyerlimiz finalda Rusiya təmsilçisi Yevgeni Saleevlə görüşdü və gərgin mübarizə şəraitində keçən qarşılaşmada Rafiq Hüseynov ikinci oldu.

71 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimində iştirak edən Prezident İlham Əliyev hər üç yerin sahibinə medalları təqdim etdi.

Dövlətimizin başçısı İlham Əliyev birinci Avropa Oyunlarının çempionu Rəsul Çunayevi təbrik etdi.

Qalib idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndi, üçrəngli bayrağımız qaldırıldı.

Daha sonra 80 kiloqram çəki dərəcəsində aralarında Avropa Oyunlarının gümüş mükafatçısı Rafiq Hüseynov da olan qaliblər mükafatlandırıldılar.

İyunun 13-də 59 kiloqram çəki dərəcəsində güləşçimiz Elman Muxtarov üçüncü yer uğrunda mübarizə aparıb və bu qarşılaşmada Ermənistan təmsilçisi Roman Amoyan üzərində 4:1 hesabı ilə qalib gəlib və birinci Avropa Oyunlarının bürünc medalını qazanıb. İlk yarış günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində idmançılar öz güclərini sınayıblar. Azərbaycan millisi isə bütün çəki dərəcələrində təmsil olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.