Ertv.Az xəbər verir ki, kanoe və kayaklarda mübarizə aparan idmançılar 10 dəst medalın sahibini müəyyənləşdirir.
Kayak yarışlarında həm 500, həm 200 metr məsafədə medallar uğrunda mübarizə aparan İnna Radomska-Osipenkonun ilk cəhdi uğursuz olub.
Təmsilçimiz 500 metr məsafədə finiş xəttinə 5-ci çatıb. Məsafənin yarısınadək liderlik edən idmançınız 2.05,583 nəticəyə imza atıb. Bu yarışda macarıstanlı Danuta Kozak qalib gəlib - 2.03,569. Çempion avstriyalı İvon Şurinqi 1,139, polşalı Evelina Voynarovskanı 1,820 saniyə qabaqlayıb.
İnna 200 metr məsafədə də final yarışında qüvvəsini sınayır. O, 42,091 saniyə nəticə ilə yarışı 6-cı pillədə başa vurub.
Təmsilçimiz Valentin Demyanenko isə Avropa Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub.
Demyanenko yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb. Çexiyalı Marton Foksa 40,188 saniyə nəticə ilə 3-cü olub.
Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb. O, 37,492 saniyə nəticə ilə finiş xəttini 7-ci keçib.
Qeyd edək ki, Valentin Demyanenko 3 qat dünya və 4 qat Avropa çempionudur. O, əvvəlki iki Avropa çempionatında üst-üstə 3 qızıl medala sahib olub.