Baatinin müəllifi yenə Azərbaycan dilində “caps”lar hazırladı
16 iyun, 2015 15:02
Ertv.Az xəbər verir ki, o, “Fıratsayfası.com.tr” səhifəsində paylaşdığı yeni karikaturalarda personajının dilindən Azərbaycan dilində “caps”lar yayımlayıb.
Həmin "caps"ları olduğu kimi təqdim edirik:
“Çox darıxıram”, “Ləyəndə çimmiyəcəm mən. Duş qəbul edcəm”, “Bəslənər ki, bu”, “Nəə ağzından mı öpüb?”, “Kaş ki, yaxşı bi şey olsa”, “Çox ərinirəm”, “Bişey edilər ki, bunla?”
U. Gürsoy “bir sıra statistikalarla rastlaşdım. Mənim səhifələrimi Türkiyədən sonra ən çox Azərbaycanda izləyirmişlər. Hətta bir dəfə izləyicilərimdən biri mənə “noxudbaş” demişdi”, - deyə Uğur Gürsoy Fıratın dilindən qeyd yazmağı da unutmayıb.
Qeyd edək ki, Fırat və Baatin karikaturaları Uğur Gürsoy tərəfindən yaradılıb. Hazırda bu karikaturalar “Uykusuz” adlı yumoristik
jurnalda yayımlanmaqda davam edir.
Məlumat üçün bildirək ki, Uğur Gürsoy əslən stomatoloqdur. O, diş həkimi kimi fəaliyyət göstərdiyi zamanlarda da, paralel olaraq bir sıra yumoristik jurnallarda həvəskar karikaturaları yayımlanıb. 2004-cü ildən “Penguen” dərgisində köşə yazıları ilə çıxış edib. Karikaturaçı olaraq fəaliyyətə yeni başladığı zamanlarda “Penguen”dən ayrılaraq “Uykusuz” dərgisinin yaradıcı heyətinə qatılıb.