Xəbərlər

Sabah Bakıda bu yollar bağlı olacaq
16 iyun, 2015 14:58

Ertv.Az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən (NİİM) məlumat verilib.

Məlumata görə, 17 iyun tarixində saat 11:30-dan 15:30-dək “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən – “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

18 iyunda isə 05:30-dan 20:40-dək “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Bilgəh Estates”in qərb hissəsində 1-ci geri döngəyədək, saat 06:30-dan 18:40-dək “Bilgəh Estates”in qərb hissəsində 1-ci geri döngədən “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd olunan tarixdə sürücülərə aşağıdakı alternativ yollardan istifadə etmək məsləhət görülür:

- Bilgəh istiqamətində hərəkət edən sürücülər “Jumeirah Beach” otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilər.

- “Bilgəh Estates”dən qərb istiqamətdə hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zuğulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov) istifadə edə bilər.

- Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.