Erməni məktəblilər Bakı olimpiadasından imtina ediblər
16 iyun, 2015 14:57
Ertv.Az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan ölkənin təhsil naziri Armen Aşotyana istinadən öz Tvitter səhifəsində yazıb.
Qeyd edək ki, daha əvvəl Ermənistanın Təhsil və Elm Nazirliyi bəyan etmişdir ki, erməni məktəblilərinin bu olimpiadada iştirakının vacibliyi nəzərə alınaraq Milli Olimpiya Komandası iyulun 20-29-u Azərbaycana gələcək.
T.Balayan olimpiadada iştirakdan imtinanı təhlükəsizlik məsələsi ilə əlaqələndirib.