Ermənistanda Rusiya əsgərinin meyiti tapılıb
15 iyun, 2015 14:54
Ertv.Az APA-ya istinadən verdiyi xəbərə görə, meyit "Ana Ermənistan" kompleksinin ərazisində aşkar edilib.
Şirak vilayətinin prokuroru Raffi Aslanyan bildirib ki, qətlə yetirilmiş şəxs 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusu İvan Novikovdur. O qeyd edib ki, əsgərin bədənində bıçaq xəsarətləri aşkarlanıb.