Gürcüstanda matəm elan olunub
15 iyun, 2015 14:52
Ertv.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırmaq üçün yaradılan Fövqəladə Hallar Qərargahının iclasında bildirib.
"Təəssüf ki, bizim həlak olan vətəndaşlarımız var. Hökumət adından onların ailələrinə başsağlığı verirəm. Bu, bizim üçün çox böyük faciədir. İyunun 13-14-də Tiflisdə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq iyunun 15-ni matəm günü elan olunması haqqında hökumətin sərəncamı var", - deyə Qaribaşvili bildirib.