Sənayenin qeyri-neft sahəsində istehsal 12 faiz artıb
16 iyun, 2015 14:51
Ertv.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-may aylarının səviyyəsini 12,4 faiz, neft-qaz sektorunda isə 1,4 faiz üstələyib.
Sənaye məhsulunun 63,5 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 17,6 milyon ton neft, 8,5 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,0 faizini təşkil etmiş qida, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya sənayesi məhsullarının, rezin və plastmas məmulatların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilib.
İstehsal edilmiş sənaye məhsulunun 7,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Ümumi sənaye istehsalının 88,4 faizi malların (əmtəələrin), 11,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 76,3 faizi özəl bölmədə istehsal olunub.