Xəbərlər

Tibb Universitetinin 1000-ə yaxın tələbəsi "Bakı 2015"-də könüllü çalışır
12 iyun, 2015 15:08
Bu barədə Ertv.Az-a ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzov məlumat verib:
 
"Bunlardan 400 nəfəri 3 ay ərzində Universitetin Tədris-cərrahiyyə klinikasında təlimlər keçiblər. Onlar "Bakı 2015" I Avropa Oyunlarında həkim yardımçısı qismində iştirak edəcəklər. Geridə qalan tələbələrimiz isə digər sahələr üzrə çalışacaqlar. Onlarla mütəmadi olaraq əlaqədəyik. Baxmayaraq ki, dərslər bitib, bu tələbələrin bəzilərinin universitety yataqxanasında qalmalarına şərait yaradırıq".
 
ATU-nun Xarici Tələbələrlə iş üzrə dekanı, ilk Avropa Oyunlarının ictimai-səhiyyə meneceri İsmayıl Əfəndiyev isə bildirib ki, "Bakı 2015" I Avropa Oyunları Təşkilat Komitəsi ilə əməkdaşlığı 2 il bundan öncə başlayıb: "2014-cü ilin may ayında hörmətli nazirimizin təşəbbüsü ilə ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin ictimai-səhiyyə meneceri vəzifəsinə mənim namizədliyimi təklif etdilər və işə başladım. Əsas işimiz bütün Avropa Oyunlarında iştirak edən komandaların tibbi və antidopinq təminatını, müxtəlif yoluxucu xəstəliklərə yoluxma (zəhərlənmələr) və s. kimi məsələləri yoxlamaqdır.
 
Eyni zamanda, Bakıya gələn çoxsaylı idmançılar, qonaqlar, media, jurnalistlər, həmçinin, adi turistlərin oyunlar zamanı həm profilaktik, həm də müalicəsinin yüksək səviyyədə təşkil edilməsidir.
 
Bunun üçün hər bir idman obyektində xüsusi tibb komandamız var. Orada həm həkimlər, həm rezidentlər, həm də tələbələr çox aktiv iştirak edirlər. Eyni zamanda, qonaqlar qalan məkanlarda xüsusi tibbi komandamız, poliklinikamız fəaliyyət göstərir. Orada da həkimlər, rezidentlər və tələbələr çox aktiv çalışırlar. Eyni zamanda, Atletlər kəndində poliklinikamız var. Orada nəinki xəstənin ilkin müayinəsini aparmaq mümkündür, həm də böyük İdman təbabəti şöbəsi yaradılıb ki, burada da ailə həkimləri, reanimatoloqlar, oftolmoloqlar və diş həkimlərinin kabinetləri var".
 
İ. Əfəndiyev bildirib ki, Atletlər kəndində fəaliyyət göstərən "Aptek"dən həm idmançılar, həm də jurnalistlər dərmanları pulsuz əldə edə bilərlər.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.