İyunun 13-də Bakıda 31 dərəcə isti olacaq
12 iyun, 2015 15:07
Ertv.Az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi xəbərə əsasən, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 18-22, gündüz 26-31 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 13-də arabir güclənən xəzri küləyi və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
İyunun 14-15-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı