Xəbərlər

Qurtuluş və Nicat Günü yəhudilərin dini bayramları siyahısına daxil edilib
12 iyun, 2015 15:01
Ertv.Az xəbər verir ki, G.Zaxaryayev Qurtuluş və Nicat Gününü yəhudilərin dini bayramları siyahısına daxil etmək təşəbbüsünü irəli sürüb.
 
Yəhudi təqvimi ilə faşist Almaniyası üzərində Qələbənin 70 illiyi şərəfinə Knessetin sinaqoquna Avropa yəhudilərinin qurtuluşuna həsr olunmuş Tövratın yeni nüsxəsi bağışlanıb.
 
Knessetin sədri Yuli Edelşteyn bu münasibətlə təntənəli mərasimi açaraq deyib: “Kiminsə xatirəsinə Tövrat yazmaq, onu Knessetdə saxlamaq adət etdiyimiz hal deyil. Əvvəlcə düşündüm ki, buna bənzər hadisə ilk dəfədir baş verir. Amma sən demə, parlament sinaqoquna belə bir Tövrat bağışlanıb və həmin Tövrat Holokostda həlak olmuş yəhudilərin xatirəsinə yazılıb”.
 
Y.Edelşteyn deyib: “Mən indicə tamamlanacaq və Knessetin sinaqoquna təqdim olunacaq Tövratın yeni nüsxəsinin İkinci Dünya müharibəsinin bütün cəbhələrində nasistlər və onların əlaltıları ilə döyüşən yəhudi əsilli yüz minlərlə əsgər, partizan, getto və gizli təşkilat döyüşçüsünün xatirəsinə yazılmasında əsl rəmzilik görürəm. Mən Knessetin sinaqoquna bağışlanan Tövratın ikinci hissəsində Avropa yəhudilərinin azad edilməsinin 70 illiyinə həsr olunmasında çox mühüm rəmzilik görürəm”.
 
Yəhudi xalqının Fəlakəti və Qəhrəmanlığı Memorial Kompleksinin sədri Yad Vaşem, Təl-Əvivin baş ravvini İsrael Meir Lau German Zaxaryayevin rolunu yüksək qiymətləndiriblər. Təl-Əvivin baş ravvini İsrael Meir Lau deyib:
 
“Qabriel German Zaxaryayev misli-bərabəri olmayan nəcib bir təkliflə çıxış edib. Biz faşizmin qurbanı olan Avropa yəhudilərini həmişə xatırlayırıq”.
 
Tədbirin təşəbbüskarı G.Zaxaryayevin qardaşı İsay Zaxaryayev bildirib ki, Qələbə Gününü yəhudilərin təqviminə daxil etmək təşəbbüsü ilk növbədə tarixi ədaləti bərpa etmək baxımından əhəmiyyətlidir. O deyib:
 
“Qızıl Ordu və onun müttəfiqləri nasist Almaniyası üzərində qələbə qazanmasaydılar, yəqin ki, yəhudi xalqının kökü kəsilər və o, getto və ölüm düşərgələrində tamamilə məhv edilərdi. Yəhudi təqvimi təqribən dörd min ili əhatə edir. Burada əksini tapan bütün bayramlar və xatirə günləri indiyə qədər dəqiqliyi ilə qeyd olunub. Əminəm ki, biz bu təşəbbüsün köməyi ilə bəzi Avropa ölkələrində müşahidə olunan nasizmə və onun əlaltılarına bəraət qazandırılması və onların qəhrəman səviyyəsinə qaldırılması cəhdlərinə qarşı mübarizə aparırıq.
 
Məqsədimiz Qələbənin xatirəsini və onun nəyin bahasına başa gəldiyini gələcək nəsillərin yaddaşına həkk etməkdir. Biz 26 iyara (9 may) bayramının – Qələbə Gününün yəhudilərin dini təqvimində qəbul edilməsi üçün İsrail Knessetinə müraciət edirik. Bu, faşizmin necə bir mənfur və qorxunc şər olduğunu, bəşəriyyəti insan qanına susayan faşizm fəlakətindən qorumaq üçün mübarizə aparan, döyüşən və onu azad edənləri dünyaya xatırlatmalıdır”.
 
Tədbirdə çoxsaylı qonaqlar, o cümlədən İsrail, Azərbaycan və Rusiyadan deputatlar, ravvinlər və ictimai xadimlər iştirak ediblər.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.