Ertv.Az xəbər vermişdi ki, 12 iyunda Avropa Oyunlarının Açılış Mərasimi üzrə bütün biletlərin satılıb.
Məlumat üçün bildirək ki, Açılış Mərasimi 68 minlik Olimpiya Stadionunda baş tutacaq.
Tamaşaçıların marağı təksə Açılış Mərasimi ilə yekunlaşmır. Belə ki, Oyunların başlamasına bir neçə gün qalmasına baxmayaraq artıq indidən 8 idman növü üzrə finallara biletlər tam satılıb.
Bədii gimnastika və akrobatika, suya tullanma, üzgüçülük və sinxron üzgüçülük, basketbol 3x3, çimərlik futbolu, dağ velosipedi və karate yarışları üzrə finallara biletlər qurtarıb.
Qeyd edək ki, 12-28 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarında 6 mindən çox idmançı 20 idman növü üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. Oyunlara ümumilikdə 600 min bilet satışa çıxıb.