“Nizami”də Avropa Oyunları ilə əlaqədar pulsuz filmlər göstəriləcək
10 iyun, 2015 16:11
Kinoteatrdan Ertv.Az-a verilən məlumata əsasən, iyunun 12-dən 28-dək Avropa Oyunları ilə bağlı paytaxta gələn qonaqlara kinomərkəzin qapıları açıq olacaq.
Kinomərkəz repertuarına xarici dilə tərcümə olunmuş tammetrajlı milli bədii və idman mövzusunda qısametrajlı və sənədli filmləri daxıl edib.
Milli bədii kinolentlər sırasında olan “Nabat”, “Çölçü”, “Girov”, “Ovsunçu” , “Aktrisa”, “ İlahi məxluq”, “Hökmdarın taleyi”,“40-cı qapı”,“Axınla aşağı”, “Dərvişin qeydləri”, “Qafqaza qayıdış”, “Sahə”, “Niyyət”, “Buta” sənədli, qısametrajlı filmlər sırasında “Keçmişə qaçış”, “Səhra boksçusu”, “London səhnələri”, “Səssiz idman”, “Zirvədə həyat”, “ Oyundankənar”, “Qalib”, “Oyun sevgisi”, “Slec xokkey”, “Valeri Brumel”, “Təşəkkür edirəm doktor”, “Top həm düşər, həm qalxar”, “Həmişə analar günündə”, “ Çovqan”, “Rəqs et” filmləri ingilis dilində subtitrlərlə təqdim olunacaq.
Filmlər iyunun 12-dən 28-dək hər gun saat 17:00-da kinomərkəzin iki zalında pulsuz nümayiş olunacaq.
Filmlər haqqında daha ətraflı məlumatı "Nizami" Kino Mərkəzinin "Facebook" səhifəsindən öyrənmək mümkündür (https://www.facebook.com/NizamiCinema?rf=hl).