Hava nəqliyyatında xarici ölkələr üzrə sərnişindaşıma 9 faiz ucuzlaşıb
10 iyun, 2015 16:02
Ertv.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,4 faiz bahalaşıb, digər xarici ölkələr üzrə 8,7 faiz ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 2,7 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,3 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.
May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.