Azərbaycanın dövlət başçısı Portuqaliya prezidentini təbrik edib
09 iyun, 2015 03:28
Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və firavanlıq diləyirəm”.