Xəbərlər

Rusiya yığmasının baş məşqçisi: Azərbaycan güləşçiləri bizim əsas rəqiblərimizdir
09 iyun, 2015 03:25

Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərbəst güləşçilər 8 çəki dərəcəsində mükafatlar uğrunda iyunun 17-18-də mübarizə aparacaqlar. Rusiyalılar 2014-cü ildə Daşkənddə keçirilən dünya çempionatında 5 qızıl və bir bürünc medal qazanıblar.

H.Maqomedov deyib: “Komandamızın Bakıda Avropa Oyunları ərəfəsində son təlim-məşq toplanışları Novoqorskda keçirilib. Bütün idmançılar ciddi hazırlaşırlar. İrəlicədən qərara alındığı kimi, Bakıda may ayında Kaspiysk şəhərində keçirilən Rusiya çempionatının bütün qalibləri çıxış edəcəklər. Üç-dörd qızıl medal qazansaq, bunu yaxşı nəticə saya bilərik”.

Avropa Oyunlarında çıxış etmək hüququnu Viktor Lebedev (57 kiloqramadək çəki dərəcəsi), Aleksandr Boqomoyev (61 kq), İlyas Bekbulatov (65 kq), Maqomedrasul Qazimaqomedov (70 kq), Aniuar Geduyev (74 kq), Abdulraşid Sadulayev (86 kq), Abdusalam Qadisov (97 kq) və Hacımurad Qatsalov (125 kq) qazanıblar.

H.Maqomedov deyib: “Rəqiblərimiz Azərbaycan güləşçiləri olacaq. Əminəm ki, onlar öz xalçasında ən yüksək nəticə göstərməyə çalışacaqlar. Ayrı-ayrı çəki dərəcələrində isə türkiyəli idmançılar daha təhlükəlidir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.