Xəbərlər

Rəşid Behbudovun xatirəsi anılıb
09 iyun, 2015 03:22

Ertv.Az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Sənətkarın qəbri üzərinə əklil qoyulub, ruhuna dualar oxunub.

Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov R.Behbudovun Azərbaycan musiqisi tarixində, kino sənətində rolundan söz açıb, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, görkəmli sənətkar ifaçılıqla yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib: 

"Rəşid Behbudovun bizə yadigar qoyub getdiyi musiqi, kinofilm və lent yazılarından əlavə, bir də yaratdığı əbədiyaşar Mahnı Teatrı var. Teatr unudulmaz sənətkarın adını yaşadır. Təkrarolunmaz gözəl səsi, yüksək vokal istedadı və böyük sənətkarlığı ilə Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov mədəniyyətimizin parlaq simalarından biridir. Onun çoxcəhətli fəaliyyəti incəsənətimizin zəngin bir mərhələsini təşkil edir".

Vurğulandı ki, ifa etdiyi mahnılar, yaratdığı obrazlar, əsasını qoyduğu Mahnı Teatrı, eləcə də ictimai fəaliyyəti R.Behbudovun çoxşaxəli yaradıcılığının, mənalı həyat yolunun əbədi xatırlanacaq səhifələridir. Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafı və təbliği yolunda misilsiz xidmətlər göstərmiş qüdrətli sənətkarın 100 illik yubileyi geniş şəkildə qeyd olunacaq.

Sənətkarın ailə üzvləri ziyarətə qatılan hər kəsə dərin təşəkkürlərini bildirdilər.

Həmin gün R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri sənətkarın xatirəsinə həsr edilən konsert proqramı ilə çıxış etdi. Proqramda böyük musiqiçinin repertuarından musiqilər səsləndi, Tofiq Quliyev, Niyazi, Arif Məlikov və başqa bəstəkarların əsərləri ifa olundu. Vaxtilə R.Behbudovun ifasında sevilərək əbədilik qazanmış mahnılar musiqisevərlər tərəfindən rəğbətlə qarşılandı. Orkestrin bədii rəhbəri pianoçu-bəstəkar, əməkdar artist Salman Qəmbərovdur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.