Fransada 3 milyondan çox uşaq aclıqdan əziyyət çəkir
09 iyun, 2015 03:14
Ertv.Az maide.az-a istinadən xəbər verir ki, bu barədə UNİCEF məlumat yayıb.
Bildirilib ki, Fransada hər beş uşaqdan biri aclıqdan əziyyət çəkir. 30 min uşaq isə evsizdir. Gecəqondularda yaşayan uşaqların sayı 9 minə yaxındır.
UNİCEF-in məlumatına görə, Fransada hər il 140 min uşaq yoxsulluq səbəbindən məktəb təhsilini dayandırmaq məcburiyyətində qalır.
Təşkilatın Fransa nümayəndəliyinin rəhbəri Mişel Barzak bildirib ki, hazırda Fransada uşaqlarla bağlı vəziyyət ürəkaçan deyil və rəsmilər problemə çarə tapmaq üçün bir yol tapmalıdır.
Barzakın sözlərinə görə, Fransada yoxsulluq içində yaşayan uşaqlar həm də irqi ayrı-seçkiliyə də məruz qalırlar.