Xəbərlər

I Avropa Oyunlarına akkreditasiyadan keçmiş xaricilər bu il AZAL-dan biletləri 50 faiz endirimlə alacaqlar
09 iyun, 2015 03:12
Qurumun mətbuat xidmətindən Ertv.Az-a verilən məlumata görə, xarici ölkə vətəndaşları ilk Avropa Oyunlarına akkreditasiya buraxılışını (beyc) təqdim etməklə 2015-ci ilin sonunadək AZAL şirkətinin bütün reyslərinə biletləri 50 faiz endirimlə əldə edə bilərlər.
 
“Qonaqlarımıza akkreditasiya vərəqələrini saxlayıb, Azərbaycana yenidən səfər etmək üçün gözəl fürsətdən istifadə etməyi təklif edirik”-,AZAL-dan bildirilib.
 
Qeyd edək ki, hər il Azərbaycandan dünyanın 38 ölkəsinə 16 mindən çox beynəlxalq reys həyata keçirilir.
 
AZAL-ın Azərbaycanın 5 şəhəri (Bakı, Gəncə, Lənkəran, Naxçıvan və Sumqayıt) ilə yanaşı, dünyanın bir çox mərkəz şəhərlərində - London (Böyük Britaniya), Paris (Fransa), Berlin və Frankfurt (Almaniya), Milan və Roma (İtaliya), Barselona (İspaniya), Praqa (Çexiya), Nyu York (ABŞ), Pekin (Çin), Seul (Koreya), Ankara və İstanbul (Türkiyə), Dubay (BƏƏ), Tehran və Təbriz (İran), Tel-Əviv (İsrail), Moskva, Sankt-Peterburq, Astraxan, Yekaterinburq, Kazan, Krasnoyarks, Mineralnıye Vodı, Nijniy Novqorod, Novosibirsk, Perm və Rostov-na-Donu (Rusiya), Minsk (Belarus), Kiyev (Ukrayna), Aktau (Qazaxıstan), Tbilisi (Gürcüstan) və Bişkekdə (Qırğızıstan) də ofisləri var.
 
“Azərbaycan Hava Yolları” QSC ilk Avropa Oyunlarının rəsmi sponsorudur.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.