İlham Əliyev Türkiyədəki seçkilərlə bağlı Ərdoğana zəng edib
08 iyun, 2015 16:47
Ertv.Az-ın Azərtac-a istinadən verdiyi xəbərə əsasən, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik etmiş, Türkiyə xalqına firavanlıq arzularını çatdırmışdır.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildirmişlər.