Ertv.Az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, “Bakı-2015”də çıxış edəcək 360 rus idmançının arasında 7 Olimpiya və 34 dünya çempionu var.
Y.Uşakov Avropa Oyunlarında bir çox idmançıdan qızıl medal gözlədiklərini də sözlərinə əlavə edib.
Məlumat üçün bildirək ki, “Bakı 2015”də ən çox idmançı ilə təmsil olunacaq Rusiya komandasının Oyunların açılış mərasimində bayraqdarı sərbəst güləş üzrə Olimpiya çempionu Hacımurad Qatsalov olacaq.
Qatsalov - əməkdar idman ustasıdır, 96 kq. çəki dərəcəsində 2004-cü ildə Olimpiya çempionu olub, beşqat dünya çempionudur, üç dəfə Avropa birincisi, üç dəfə Dünya Kubokunun sahibi olub, səkkiz dəfə Rusiya çempionu titulunu qazanıb.
Xatırladaq ki, Avropa Oyunlarında 20 idman növü üzrə 253 komplekt medal uğrunda mübarizə aparılacaq.