Taekvandoçular suda boğularaq öldü
08 iyun, 2015 16:44
Ertv.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərakeşin Bouznika şəhəri yaxınlığında, Atlantik okeanı sahilində məşq edən 5-i taekvandoçu və onları məşqə gətirən sürücü dənizə giriblər.
Lakin, suya girən 6 nəfər boğularaq ölüblər.
Ölən idmançılardan 4-ü qız olub. Onlar ən-Nur Taekvando Klubun idmnançıları olub.
Hazırda faktla bağlı araşdırma aparılır.