Xəbərlər

Türkiyədə hakim partiya iqtidarı itirdi
08 iyun, 2015 16:37
Ertv.Az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyədə 54 milyon 543 min 686 səsvermə hüququ olan seçicidən 47 milyon 194 min 975 nəfər (86,6 faiz) səs verib.
 
Verilən səslərdən isə 45 milyon 867 min 654-ü etibarlı sayılıb.
 
Yekun nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 40,8 faizini toplayaraq qalib gəlib və parlamentdə 258 millət vəkili mandatını qazanıb. Lakin, 2011-ci il seçkiləri ilə müqayisədə 9 faiz səs itirən AKP hökuməti tək qurmaq səlahiyyətini itirib.
 
Cümhuriyyət Xalq Partiyası (CHP) 25 faiz səslə 132 mandat, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3 faiz səslə 81 mandat, kürd təmayüllü Xalqların Demokratik Partiyası (HDP) isə 13 faiz səslə 79 mandat qazanıb. Digər partiyalar isə 10 faizlik ölkə bariyerini keçə bilməyiblər.
 
2014-cü ildə qurulan HDP ilk dəfə Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunmaq hüququ əldə edib.
 
Məlumat üçün bildirək ki, təkbaşına hökuməti qurmaq səlahiyyətini itirən AKP ya koalisiyaya getməli, ya da yeni seçki keçirilməsi haqqında qərar çıxarmalıdır.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.