Xəbərlər

Avtobus sürücülərinin orta aylıq əmək haqqı 700 manat olacaq
08 iyun, 2015 16:35

Ertv.Az xəbər verir ki, bu barədə “BakuBus”  MMC-nin direktor müavini Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, orta aylıq əmək haqqının 700 manat olması nəzərdə tutulur.

O qeyd edib ki, avtobus sürücüləri ikinövbəli sistemdə işləyərək davamlı attestasiya və təlimlərdə olacaqlar.

Bundan başqa o bildirib ki, “BakuBus” MMC-nin avtoparkında Azərbaycanda ilk sıxılmış təbii qaz stansiyası tikilib:

“Ən müasir və təhlükəsiz iş rejiminə malik texnologiyalar və avadanlıqlarla təchiz olunmuş yanacaqdoldurma stansiyasında qısamüddətli xüsusi rejimlə cəmi 4 saat ərzində 300 avtobus təqribən 50 min kubmetr yanacaqla təmin edilir. Stansiyada eyni vaxtda 15 avtobusa xidmət göstəriləcək”.

V.Kərimli həmçinin bu nəqliyyat vasitələrində gediş haqqının vahid ödəmə kartları ilə aparılacağını qeyd edib.

Onun sözlərinə görə, bu kartlardan “Bakubus” MMC-yə aid olan bütün avtobuslarla yanaşı, həm də metroda istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Nazirlər Kabinetinin 2014-cü il 03 aprel tarixli qərarı ilə yaradılıb. 2015-ci il iyunun 3-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olan “Bakubus” MMC-nin avtoparkı Fransa istehsalı olan 151 “İveco Crealis” və 151 “İveco Urbanway” markalı avtobuslarla təchiz olunub.

Hər birində 26 oturacaq olan və 74 sərnişinin ayaqüstə daşınmasına imkan verən avtobusların uzunluğu 12,3 metrdir. Avtobuslar yaşlılar və əlillər üçün yerlə də təchiz edilib. Sərnişinlərin ön qapıdan minib arxa qapıdan düşmələrini nəzərə alaraq avtobusun daxilində 7 dayan-tələb düyməsi qoyulub. Dayanacaqlar səsli anonslarla elan ediləcək.

Avtobuslarda hərəkət sürətini saatda 50 kilometrədək məhdudlaşdırma sistemi tətbiq edilib, nəqliyyat vasitələrinin salonunda 5, xaricində isə 3 təhlükəsizlik kamerası quraşdırılıb. Bundan əlavə, avtobusun qapıları xüsusi avadanlıqla təmin olunub ki, maneə yarandıqda onlar təkrar açılsın. Qapılar tam bağlanmadıqda isə avtobusların hərəkəti mümkün deyil. Bu nəqliyyat vasitələrinin ön, yan və arxa şüşələri buzlanma və buxarlanma əleyhinə sistemlə təmin edilib. Avtobusun ümumi konstruksiyasında soyuğu və istini izolə edən materiallardan istifadə olunub. Eyni zamanda, avtobusda iqlim-nəzarət və havalandırma sistemi də mövcuddur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.