Ertv.Az xəbər verir ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
Bu gün Bakı şəhərinin Səbail və Nərimanov rayonlarında yerləşən və təhsili ingilis dilində olan orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verirlər.
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00 -da başlanır.
IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda 65 imtahan mərkəzi ayrılıb. İmtahanlarda 29379 nəfər 9-cu sinif şagirdinin, 24774 nəfər isə 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 183 imtahan rəhbəri, 2583 nəzarətçi-müəllim ayrılıb.