Ertv.Az RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinİtaliyaya səfəri ərəfəsində bu ölkənin “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya Qərblə, Avropa İttifaqı ölkələri ilə münasibətlərin pisləşməsində günahkar deyil:
“Qərbin qeyri-peşəkar tədbirləri nəticəsində Ukraynada vəziyyət nəzarətdən çıxmışdı və Rusiya da buna reaksiya verməyə məcbur oldu. Qeyd etmək istəyirəm ki, bu, tamamilə bizim seçimizi deyildi, biz buna məcbur edildik və sadəcə baş verənlərə reaksiyamızı bildiridik. Hesab edirəm ki, münasibətlər uzunmüddətli əməkdaşlığa əsaslanmalıdır, qarşıdurmaya yox. Rusiyaya iqtisadi sanksiyalar tətbiq olunub və cavab tədbirləri görmək məcburiyyətində qaldıq”.
Qeyd edək ki, Putin iyunun 10-da İtaliyaya səfər edəcək və Milan şəhərində "EKSPO -2015" sərgisi ilə tanış olacaq. Rusiya liderinin İtaliya rəsmiləri ilə görüşləri də planlaşdırılır.