ABŞ Kiyevdə "mavi"lərin paradına qatılacaq
05 iyun, 2015 12:39
Ertv.Az-ın ANS Press-ə istinadən məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Bryus Donahyu açıqlama verib.
"Qarşıdan gələn istirahət günlərində Kiyevdə LGBT birliyinə dəstək yürüşü zamanı Birləşmiş Ştatlar sizinlə birlikdə olacaq", - deyə diplomat bildirib.
Donahyu həmçinin qeyd edib ki, hər ilin iyun ayında ABŞ dünyada LGBT birliyi ilə həmrəyliyini nümayiş etdirən insanlara qoşulur və o, xatirladib ki, hətta böhran zamanı müdafiə olunmamış qrupların hüquqlarını yaddan çıxarmaq və onlara etinasızlıq göstərmək olmaz.