Xəbərlər

Natiq Əliyev:“Azərbaycan İndoneziyanın neft sektorunda investor kimi çıxış etməyi planlaşdırır”
05 iyun, 2015 12:38
Ertv.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Nazirlikdə İndoneziyanın energetika  və mineral sərvətlər naziri Sudirman Səidin rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüşdə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
 
Nazir qeyd edib ki, İndoneziya ilə siyasi, iqtisadi sahələrdə ikitərəfli əlaqələrin inkişafı   qənaətbəxş  səviyyədədir və münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanlar var. O bildirib ki, Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsinin həcmi 3,4 mlrd. dollardır:
 
“Ötən il Azərbaycanda istehsal olunan xam neft və neft məhsullarının 2 milyon tonu İndoneziyaya ixrac olunub”. Nazir diqqətə çatdırıb ki, Azərbaycanın neft emalı, kəşfiyyat işlərində böyük təcrübəsi var və İndoneziya bu təcrübədən bəhrələnə bilər.
 
N.Əliyev bu ilin sentyabrında  “Əsrin müqaviləsi”nin növbəti ildönümü ilə bağlı keçiriləcək tədbirə ölkələrimiz arasında enerji sahəsində nəzərdə tutulan planların müzakirəsi məqsədilə indoneziyalı naziri də dəvət edib. 
 
Görüşdə indoneziyalı nazir də Azərbaycanla İndoneziya arasındakı münasibətlərin inkişafından danışıb. O, Azərbaycanın enerji resurslarından istifadə ilə bağlı ölkəsinin maraqlarından, bu sahədə rəsmi Bakı ilə birbaşa əlaqələrin yaradılmasının önəmindən bəhs edib. 
 
Onun sözlərinə görə, İndoneziyada neft hasil edilsə də, hasilatın həcmi ölkənin daxili ehtiyaclarını ödəmək gücündə deyil: “Ona görə də İndoneziya enerji təhlükəsizliyini təmin etmək məqsədilə  digər neft və qaz istehsalçısı olan ölkələrlə birbaşa əlaqələrin yaradılmasına üstünlük verir. Azərbaycan da bu istiqamətdə mühüm ölkələrdən biridir”.
 
Sonda Birgə Bəyannamə imzalanıb.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.