İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
03 iyun, 2015 17:12
Ertv.Az-ın Azərtac-a istinadən verdiyi xəbərə əsasən, səfir Xuan Rodrigo Labardini Flores fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xuan Rodrigo Labardini Flores etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı vəziyyəti və gələcəyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.