Xəbərlər

İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yaxınlığında salınan yeni parkda yaradılan şəraitlə tanış olub
03 iyun, 2015 17:10
Ertv.Az-ın Azərtac-a istinadən verdiyi xəbərə əsasən, parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub, müasir fəvvarə quraşdırılıb.
 
Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin yaxınlığında yerləşən bu müasir istirahət məkanının özəlliyini artıran məqamlardan biri də odur ki, burada klassik musiqilər səsləndiriləcək.
 
Bu da parka gələnlər üçün əlavə mənəvi istirahət imkanı yaradacaq. Bir sözlə, yeni parkda sakinlərin istirahətini mənalı təşkil etmək üçün bütün zəruri işlər görülüb.
 
Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni istirahət guşələri yaradılır.
 
Bütün bunlar sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün reallaşdırılan layihələrin bir hissəsidir. Bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi baxımından olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir.
 
Müasir üslubda, orijinal dizaynda yaradılan bu park ilə Bakının gəzməli yerlərinə daha bir ünvan əlavə edilib. Beləliklə, “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində açılan bu park ölkəmizə gələn qonaqlara paytaxtımızın daha bir istirahət mərkəzinin gözəlliyini nümayiş etdirəcək.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.