Xəbərlər

“Bakı 2015” Avropa Oyunlarının Almaniyanın Yena şəhərində təqdimat keçirilib
03 iyun, 2015 17:05

Ertv.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Yena şəhərinin beynəlxalq mədəniyyət mərkəzində baş tutan tədbirdə 100-dən artıq yerli və xarici tələbə, eləcə də çox sayda şəhər sakini iştirak edib.

Assosiasiyanın fəalları tərəfindən hazırlanmış təqdimatda ölkəmizin tarixi, coğrafiyası, mədəniyyəti, Azərbaycanın qədim və zəngin musiqi irsi  haqqında geniş məlumat verilib.

Təqdimatda iyunun 12-də Bakıda start götürəcək Birinci Avropa Oyunlarına geniş yer ayrılıb. Tədbirdə Azərbaycanda Avropa Oyunlarına dair aparılan hazırlıq işlərini və indiki vəziyyəti əks etdirən videoçarx nümayiş etdirilib.

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə azərbaycanlı, alman və digər ölkələrdən olan bir qrup gənc tədbirə üzərində “Bakı 2015” I Avropa Oyunlarının loqosu əks olunmuş köynəklərdə qatılıb.     

Sonda tədbirə qatılanlar ölkəmizə həsr olunmuş stendlə tanış olub və Azərbaycan mətbəxinin ləziz təamlarından dadmaq imkanı əldə ediblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.