İtini tapana 700 min dollarlıq evini verəcək
03 iyun, 2015 16:59
Ertv.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Pekində tək başına yaşayan Luinin heyvanı tapmaq üçün bütün ümidləri kəsilib. Məcbur qalaraq çox cəsarətli elan hazırlayan qadın villasını iti tapan şəxsə verəcəyini açıqlayıb.
Luinin elanından sonra iti tapdıqlarnı iddia edən insanlar ortaya çıxaraq onu aldatmağa başlayıblar. O, qısa müddət bu xəbərlərə sevinsə də, tapılan itləri görəndən sonra kədərlənib.
Qadının yaxın qohumu isə yalanlardan bezdikləri üçün yaxın zamanda elanı ləğv etmək fikrində olduqlarını deyib.